Tribuna saytından alınan məlumata görə, ain.az bildirir.
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində piyada səkisini daraldaraq parkin yaradıblar.
Tribunainfo.az xəbər verir ki, bu barədə Feysbukda “Bakı Gündəliyi” səhifəsi məlumat paylaşıb. Bildirilib ki, geniş səki ksilib və böyük bir hissəsi yola qatılıb. Məqsəd binanın qarşısında avtobus zolağına yaxın parkinq yaratmaqdır.
Qeyd edək ki, Yasamal rayonunda səkilərin səbt edilməsi, qanunsuz tikililərin aparılması və səkilərin parkinqə çevrilməsi adi hal alıb. Sakinlər bu problemlərlə bağlı dəfələrlə Yasamal rayon İcra Hakimiyyətinə, İH başçısı Elşad Həsənova müracit edib. Lakin müraciətlərin heç birinə baxılmayıb.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.