AZ

Şəhid yoldaşından duyğulu paylaşım: “Oğlum mənim dayağımdır”

Tribuna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Fariz sosial şəbəkə hesablarında duyğusal paylaşım edib.

Tribunainfo.az xəbər verir ki, o, oğlu barəsində yazıb.

Əzizə xanım yazıb: “Oğlum mənim dayağımdır… Amma bu söz göründüyü qədər sadə deyil…Bu sözün içində bir qadının dağılmış həyatı, yarım qalmış sevgisi, və ayaqda qalmaq üçün bircə nəfəsə sığınması yatır…

Mən ömrümə kədər tikən qadınam…

Amma oğlumun baxışı, balaca əlləri, ata həsrətini susaraq yaşayan ürəyi mənim yıxıldığım yerə dayağım olub…O mənim balamdır, amma mən ondan yapışıram…Çünki onun varlığı mənim ayaqda qalmaq səbəbimdir…O danışanda sanki deyir: “Ana, ata getdi…amma mən burdayam sənə güc olmağa, sənin gülüşünü geri qaytarmağa gəlmişəm…”

Ey insanlar, siz “oğul” deyəndə sadəcə bir uşaq görürsüz, amma mən Şəhid qadını olaraq onun hər addımında bir ata həsrəti, bir ana göz yaşı, bir xalqın fəxri duruşunu görürəm. Oğlum mənim qucağımda boy atdıqca qəlbimdəki boşluqlar dolmur. Amma mən güc alıram, çünki bilirəm: mənim həyatımı yıxan yoxluğa qarşı, mənim oğlum dayaqdır…”

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
21
tribunainfo.az

10Mənbələr