İspaniyanın “Barselona” futbol klubu Portuqaliyalı futbolçu Diogu Jota və onun qardaşı André Silvanın faciəvi şəkildə həlak olması ilə bağlı başsağlığı yayıb.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi “Liverpul”un və “Penafiel”in futbolçularının ölümü ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib.
“Futbol klubu ‘Barselona’ ‘Liverpul’un oyunçusu Diogu Jota və onun qardaşı André Silvanın faciəvi itkisi ilə bağlı dərin hüznlə başsağlığı verir. Ruhları şad, məkanları cənnət olsun”, – klubun bəyanatında deyilir.
Qeyd edək ki, hadisə İspaniyanın Zamora bölgəsində A-52 magistral yolunun 65-ci kilometrliyində baş verib. İlkin versiyaya görə, avtomobilin təkəri partlayıb, nəqliyyat vasitəsi idarəetməni itirərək yoldan çıxıb və yanmağa başlayıb. Hadisə yerində olan iki sərnişin – Diogu Jota (28 yaş) və André Silva (25 yaş) hadisə zamanı vəfat ediblər.