AZ

Hakim P. Diddinin girov müqabilində buraxılmasını rədd edib

Hakim Arun Subramanian, andlılar məhkəməsi hip-hop maqnatını insanları fahişəlik üçün daşımaqda təqsirli bildikdən, lakin ona ən ağır ittihamlar: reketlik və seks alveri ilə bağlı bəraət verdikdən sonra Şon Kombsa girov müqabilində buraxılmasını rədd edib. Bu barədə Oxuməni.az “BBC”-nin yaydığı məlumata istinadən xəbər verir.

Nyu-Yorkda təqribən iki ay davam edən federal məhkəmə zamanı prokurorlar P.Diddini qadın alveri ilə məşğul olan cinayətkar müəssisəni idarə etmək üçün məşhur statusundan və biznes imperiyasından istifadə etməkdə ittiham ediblər.

12 nəfərdən ibarət andlılar məhkəməsi 13 saat ərzində müşavirə keçirdi və Kombsa ən ciddi beş ittihamdan üçünə bəraət verdi. Bununla belə, o, keçən sentyabr ayından bəri saxlandığı Bruklin federal həbsxanasında qalacaq.

Məhkəmənin hökmü ilkin olaraq oktyabrın 3-nə təyin edilib.

Reperin vəkili Mark Aqnifilo müvəkkilini azad etmək üçün hakimə ehtiraslı müraciət edib. P. Diddynin müdafiəçisi həbs olunmazdan əvvəl davranışını yaxşılaşdırmaq üçün məişət zorakılığı proqramına qatıldığını və Kombsun 2018-ci ildən bəri zorakılıq etmədiyini söyləyib.

"Məncə, biz ona etibar etməliyik," – Aqnifilo deyib.

Bununla belə, reperin keçmiş sevgilisi, müğənni Kassandra Ventura məhkəməyə yazdığı məktubda hip-hop maqnatının azadlığa buraxılacağı təqdirdə təhlükəli olacağı barədə xəbərdarlıq edib.

P.Diddi məişət zorakılığını etiraf edib, lakin hər hansı qeyri-iradi cinsi əlaqəni və ya daha böyük reket sxemini rədd edib.

Hakim, " müdafiə tərəfi şəxsi münasibətlərində zorakılığı etiraf etdiyi üçün" zaminə buraxılmadığını söyləyib.

Yeddi həftəlik məhkəmə prosesində prokurorlar Ventura, reper Kid Kadi, Kombsun bir neçə keçmiş işçisi və otelin mühafizəçiləri də daxil olmaqla 30-dan çox şahidi çağırıblar.

Onlar iddia edirdilər ki, P.Diddi öz işçilərindən istifadə edərək qadınları “qəribə rol oynama” deyilən oyunda iştirak etməyə məcbur edir, bu oyuna baxarkən və çəkiliş apararkən qadın dostları kişi müşayiətçi ilə cinsi əlaqədə olurlar.

Səkkiz aylıq hamilə ikən ifadə verən Ventura məhkəmədə deyib ki, Kombs onu cinsi əlaqəyə girməyə məcbur edib və tələblərə əməl etmədiyi təqdirdə onun kasetlərini buraxmaqla hədələyib.

Venturanın vəkili Duqlas Viqdor dünən verdiyi məktubda “Xanım Ventura hesab edir ki, Kombs bu işdə ifadə verən qurbanlar, o cümlədən özü və cəmiyyət üçün təhlükə yarada bilər”.

Cinayət işi 2016-cı ildə repçinin Venturanı Los-Ancelesdə otelin dəhlizində döyərək sürüməsinin videosu üzərində qurulub.

P.Diddinin vəkilləri müvəkkilinin qadınlara qarşı zorakılıq nümayiş etdirdiyini etiraf ediblər, lakin onun davranışının daha böyük seks alveri və reket sxeminin sübutu deyil, narkotik və qısqanclıqdan qaynaqlandığını iddia ediblər.

Hərlemdə doğulan reper 1993-cü ildə “Notorious B.I.G.” və “Usher” kimi hip-hopun ən böyük adlarını təmsil edən “Bad Boy Records” leyblını yaratdı. Daha sonra Kombs “Sean John” adlı geyim xəttini, ətir, alkoqol və hətta media şirkəti də daxil olmaqla bir sıra digər müəssisələrini yaratdı.

Almaz Həsənli

Seçilən
18
28
oxumeni.az

10Mənbələr