Bakı. Trend:
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbulimtahanı keçiriləcək.
Trendxəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, iyulun 13-də III ixtisas qrupuna aid DT və TCaltqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavəimtahan da keçiriləcək.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa,Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala,Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran,Masallı və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edəbilərlər.
İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.azportalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahanMərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internetvasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahanaburaxılış vərəqəsi"ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix,şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahanbinasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonragələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.