AZ

Maştağada sərxoş qazi ayağını qaza basıb zəncirvari qəza törətdi ANBAAN VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu, Maştağa kəndində baş vermiş zəncirvari qəza müşahidə kamerasına düşüb.

Bu barədə zərərçəkmiş şəxslərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Hadisə iyulun 2-də saat 22:08 radələrində qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan “Toyota Prius” markalı maşın yol kənarında dayanmış “Hyundai Sonata” markalı avtomobili vurub. Zərbənin təsirindən “Hyundai” önündəki “Hyundai Elantra” markalı maşına çırpılıb.

Hadisə zamanı “Hyundai Sonata” markalı avtomobildə əyləşən zərərçəkmiş digər maşında yaşlı qadın və azyaşlının olduğunu və qəza vaxtı qorxu keçirdiklərini bildirib.

Onun iddiasına görə, qəzaya səbəb “Prius” sürücüsünün sərxoş vəziyyətdə avtomobili idarə etməsi və ayağını qaza basması olub. Zərərçəkmiş qəza törədən sürücünün maşınından düşərək ona iradını bildirən vətəndaşlara “Mən qaziyəm. Siz mənə heç nə edə bilməzsiniz”, - deyə qışqıraraq cavab verdiyini əlavə edib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
41
avtosfer.az

10Mənbələr