AZ

BMT Latviya məktəblərində rus dilinin ləğvindən narahatdır

BMT-nin İnsan Hüquqları Komitəsi yerli məktəblərdə rus dilində tədrisi məhdudlaşdıran Latviya qanunundan narahatlığını bildirib. Onlar qanunun tələsik icra olunduğunu qeyd ediblər.

"Ekspertlərdən biri latış dilinin yeganə tədris dili kimi tətbiqi, məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində rus dilinin ikinci dil kimi istisna edilməsi haqqında qanunun qəbulundan narahatlığını bildirib", - BMT-nin İnsan Hüquqları Komitəsinin ekspert qrupunun Latviya nümayəndə heyəti ilə görüşünün xülasəsində deyilir.

Nümayəndə heyəti ekspertlərin suallarına cavab olaraq cavab verdi ki, Latviyada heç bir dilə qadağa yoxdur. Nümayəndə heyətinin sözlərinə görə, latviyalı gənclərin 54%-i rus dilini bilir. Onlar həmçinin əlavə ediblər ki, ölkədə yeganə rəsmi dil latış dilidir.

BMT Komitəsi digər məsələlərlə yanaşı, Latviyada qalan rus dili proqramlarının maliyyələşdirilməsi və bəzi müəllimlərin rus dilində dərs dediyi məktəblərə dövlət dəstəyi ilə maraqlanıb.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
9
1
oxumeni.az

2Mənbələr