AZ

Qarabağ ın sabiq üzvü Juninyo Səudiyyə Ərəbistanına üz tutur

ain.az bildirir, sport24.az portalına istinadən.

Cari ilin əvvəlində "Qarabağ"dan Braziliya "Flamenqo"suna keçən Olavio Juninyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Sport24.az Braziliyanın "Bolavip" nəşrinə istinadən xəbər verir ki, artıq iki komanda 28 yaşlı hücumçunu icarəyə götürmək üçün müraciət də edib. Bunlar "Ər-Riyad" və "Nacran" klublarıdır.

Forvard bu təkliflərə isti yanaşır. Çünki Juninyo "Flamenqo"da heyətə düşməkdə çətinlik çəkir. O, klublararası dünya çempionatında cəmi səkkiz dəqiqə meydanda olub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
6
sport24.az

10Mənbələr