AZ

Konstitusiya Məhkəməsində yeni təyinatlar olacaq

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.

Layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq. pizza hut

Rəşid Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, Rauf Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəridir. Otari Qvaladze və Fərhad Tutayuk isə hazırda Prezident Administrasiyasında çalışırlar.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin 4 hakiminin Kamran Şəfiyev, Ceyhun Qaracayev, Rövşən İsmayılov və Sona Salmanova - səlahiyyət müddəti başa çatır.


Telegram kanalımız
Seçilən
7
50
yenisabah.az

10Mənbələr