AZ

Naxçıvanda faciəli şəkildə ölən məktəb direktoru Hökumə Əliyevanın yaxın qohumu imiş

Naxçıvanda məktəb direktoru yol-nəqliyyat hadisəsində ölüb.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə Ordubad rayonu Nürgüt kəndində baş verib.
 
Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Adim Adıgözəl oğlu Yusibov yük avtomobilinin altında qalıb.
 
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı.
Seçilən
9
50
moderator.az

10Mənbələr