Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qahirə, 3 iyul, AZƏRTAC
Bu il İraqda üç yeni hava limanı istifadəyə veriləcək. Bağdad Beynəlxalq Aeroportunda da 26 inkişaf layihəsi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İraqın Nəqliyyat Nazirliyinin sözçüsü Meysəm əs-Safi deyib.
Qeyd olunur ki, İraq hökuməti mülki aviasiya sahəsinin inkişafı üçün mühüm strateji planlar həyata keçirir. Bu çərçivədə Mosul, Kərbəla və Nasiriyyə şəhərlərində yeni hava limanları tikilib, bu il istifadəyə veriləcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.