Ermənistan parlamenti ikinci və yekun oxunuşda "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi mexanizmlərini nəzərdə tutan qanun layihəsini qəbul edib.
"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, 65 deputat qanun layihəsinin lehinə, 27 deputat əleyhinə səs verib, bir nəfər bitərəf qalıb.