"Liverpul"un futbolçusu Dioqo Jota dünyasını dəyişib.
News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, bu barədə İspaniyanın "MARCA" nəşri məlumat yayıb.
O, Zamora əyalətində yol qəzasında həyatını itirib.
Jota 2020-ci ildən bəri "Liverpul"da çıxış edirdi. Portuqaliyalı futbolçu Mersisayd klubunda 182 oyuna 65 qol vurub.
Qeyd edək ki, onun 2 həftə əvvəl toyu olmuşdu.