AZ

ABŞ Ukraynaya bütün silah tədarükünü dayandırır

ABŞUkraynaya silah, o cümlədən mərmi və ehtiyat hissələrinin göndərişlərini tamamilə dayandırıb.

XəzərNews.azxəbər verir ki, bu barədə “The Economist” Ukrayna rəsmilərinə istinadla məlumat yayıb.

Ukraynalı rəsmilər Vaşinqtonun bu addımını ABŞ-də Donald Tramp administrasiyasının Ukraynadan siyasi güzəştlər almaq cəhdi ilə əlaqələndirir.

Xatırladaq ki, martın əvvəlində Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında efir zamanı baş verən qalmaqaldan sonra ABŞ qısa müddətlik silah tədarükünü və kəşfiyyat əməkdaşlığını dayandırmışdı. Lakin ABŞ hakimiyyəti bu məlumatları təkzib edir. Pentaqonun baş sözçüsü Şon Parnell bildirib ki, silah tədarükü davam edir, amma detalları açıqlanmayıb. Pentaqonun mövqeyinə görə, yaranan fasilə ABŞ-ın “hərbi hazırlığını və müdafiə prioritetlərini qorumaq” məqsədi daşıyır.



Xəbər 2 dəfə oxunub.
Seçilən
11
50
xezernews.az

10Mənbələr