Türkiyənin millətçi "İYİ" Partiyasının başqanı Müsavat Dərvişoğlu ölkə parlamentinə yeni bir qanun layihəsi təqdim edib. Layihədə Ermənistanla sərhəddə yerləşən Əlican keçid məntəqəsinin adının dəyişdirilərək, erməni soyqırımının əsas səbəbkarlarından biri olan Təlat Paşa adına verilməsi təklif edilir.
Moderator.az xəbər verir ki, bu haqda Türkiyədə nəşr olunan ermenihaber.am saytı məlumat yayıb.
Məlumata görə, qanun layihəsinə 28 deputat imza atıb. Layihədə adı dəyişdiriləcək keçid məntəqəsinin yalnız bir ad dəyişikliyi ilə məhdudlaşmadığı, bunun həm də Türk xalqının tarixinə, qəhrəmanlarına və yaddaşına hörmət əlaməti olduğu qeyd olunub.
Təlat Paşa Osmanlı İmperiyasının daxili işlər naziri olub. O, irqçi xislətli erməniər tərəfindən 1915-ci ildəki qondarma "erməni soyqırımı"nın "təşkilatçı"larından biri hesab edilir. Bu səbəbdən, ad dəyişikliyinin, xalqın öz keçmişinə və qəhrəmanlarına olan bağlılığını gücləndirəcəyi düşünülür.
Qanun layihəsində yer alan bəyanatda belə deyilir:
"Bu ad dəyişikliyi sadəcə bir işarə dəyişikliyi deyil, türk xalqının öz tarixi, qəhrəmanları və yaddaşı üçün ayağa qalxmaq iradəsinin təzahürüdür. Çünki milli qəhrəmanlarını unudan xalqlar zaman keçdikcə unudulur. Əlican sərhəd-keçid məntəqəsinin Təlat Paşa adının verilməsi həm də düşmən qarşısında möhkəm dayanan xalqın öz tarixi sərhədinin sızması deməkdir..."
S.Laçın