AZ

“Portu”nu o çalışdıracaq

“Portu”nun yeni baş məşqçisi müəyyənləşib. Portuqaliya klubu bu haqda hələlik rəsmi açıqlama yaymasa da, komandanı kimin çalışdıracağına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira məlumat yayıb. O, “Portu”nu Françesko Fariolinin çalışdıracağını bildirib. 36 yaşlı italiyalı mütəxəssis ilə müddəti 2027-ci ilin iyununa qədər razılaşdırılan müqavilə imzalanacaq.

Qeyd edək ki, Farioli ötən mövsüm “Ayaks”ı çalışdırıb. Komanda Niderland çempionatını 2-ci yerdə başa vurub. “Portu” isə son mövsümü Martin Anselminin başçılığı altında 3-cü pillədə bitirib.

Seçilən
22
50
football-plus.az

10Mənbələr