AZ

Hökumə Əliyevanın məktəb direktoru olan bibisi oğlu faciəvi şəkildə öldü

Naxçıvanda məktəb direktoru avtoqəzada ölüb.

"Unikal" xəbər verir ki, hadisə Oruabd rayonu Nürgüt kəndində baş verir. Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı.

Xatırladaq ki, A.Yusibov AZAL-ın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarəsinin mərhum bələdçisi, Milli Qəhrəman Hökumə Əliyevanın bibisi oğludur.

Seçilən
12
20
unikal.az

10Mənbələr