BAKI, 3 iyul. TELEQRAF
Rusiya prezidenti Vladimir Putinin iyulun 3-də axşam saatlarında beynəlxalq telefon danışığı keçirəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu gün axşam saat 18:00-19:00-dan sonra prezidentin edəcəyi gözlənilən beynəlxalq telefon danışığı barədə məlumat verəcəyik”, - Kreml nümayəndəsi bildirib.
D.Peskov Rusiya prezidentinin hansı xarici həmkarına zəng edəcəyini açıqlamayıb.