AZ

Yarımfinalda ulduzlaşdı - "BARSA"YA GEDİR

“İnter”in müdafiəçisi Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Barselona” 29 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mənbənin məlumatına görə, niderlandlı oyunçunun müqaviləsində iyul ayının ortalarınadək qüvvədə olan 25 milyon avroluq satınalma maddəsi yer alır.

Kataloniya təmsilçisi hələlik bu transferlə bağlı rəsmi təklif göndərməyib.

Qeyd edək ki, Dumfris ötən mövsüm “İnter”in UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona”ya qarşı keçirdiyi oyunda 2 qol vurmuş və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı. Onun bu çıxışı komandasının finala yüksəlməsində mühüm rol oynamışdı.

"Qalatasaray"dan Yann Zommer bombası

Argentina millisinin üzvü "Marsel"də

Tarixdə bu gün: 1998 Dünya Kubokunda dramatik qələbə - VİDEO

İtaliya A Seriyasına yüksələn klubda yeni baş məşqçi

Onauçu Trabzona gəlir - VİDEO

Seçilən
19
1
apasport.az

2Mənbələr