AZ

Avstraliya ABŞ-dan orta mənzilli raketlər alacaq

Avstraliya hakimiyyət orqanları hava hücumundan müdafiə və zərbə gücünün gücləndirilməsi üzrə genişmiqyaslı proqram çərçivəsində ABŞ-dan müasir orta mənzilli idarə olunan raketlər almağı planlaşdırır. Hökumət bunun üçün 3,4 milyard Avstraliya dolları (təxminən 2,12 milyard ABŞ dolları) xərcləmək niyyətində olduğunu açıqlayıb.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyi Avstraliya hərbi idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hərbi idarədən qeyd ediblər ki, bu, F/A-18F “Super Hornet” çoxməqsədli qırıcıları, EA-18G “Growler” göyərtəli elektron döyüş təyyarələri və beşinci nəsil F-35A qırıcıları üçün nəzərdə tutulan AIM-120D3 “hava-hava” raketləri, eləcə də NASAMS zenit raket kompleksləri üçün nəzərdə tutulan AIM-120C8 raketlərinin alınmasına aiddir. Bunlar Avstraliya Ordusunun 10-cu briqadasının silahlanmasına daxil olacaq.

Satınalma ABŞ Xarici Hərbi Satış (FMS) proqramı vasitəsilə həyata keçiriləcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
15
50
herbiand.az

10Mənbələr