SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Əkbərova London Imperial Kollecinin (Imperial College London) “MSc Advanced Chemical Engineering” magistr proqramına qəbul olub.
Bu barədə "İki sahil"ə ali məktəbdən məlumat verilib.
London Imperial Kollec “QS World University Rankings” reytinqinə görə, Avropanın birinci, dünyanın isə ikinci ən yaxşı universitetidir.
Bununla yanaşı, Gülşən London Universitet Kollecinə (UCL, dünya üzrə TOP 9) və “Erasmus Amir” proqramlarına da qəbul olub.
Gülşən Əkbərova 2020-ci ildə 653 balla kimya mühəndisliyi ixtisasına daxil olub. O, tələbəlik illərində “GreenTech startup” və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb. Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında ll yeri, IV Elmi Konfransda isə komandası ilə birlikdə lll yeri tutub.