“Bavariya”nın daha bir ulduzu İstanbul klubunda oynaya bilər.
Fransalı Kinqsli Koman uğrunda 2 İstanbul nəhəngi müabrizə aparır
29 yaşlı futbolçu ilə artıq danışıqlara başlanılıb. “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun da oyunçuya zəng edərək onu komandasında görmək istədiyini dediyi bildirilir.
Komanın isə “Qalatasaray”a daha müsbət yanaşdığı məlumatlar arasındadır.
Qeyd edək ki, futbolçu ötən mövsümündə komandası ilə 44 oyuna çıxıb. O, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.