AZ

Rusiya ilə bağlı açıqlama Ermənistan parlamentində aranı qatdı - “Ayıb olsun”

BAKI, 3 iyul. TELEQRAF

Deputat Ovik Ağazaryanın çıxışından sonra Ermənistan parlamentində gərginlik yaranıb.

Teleqraf xəbər verir ki, o, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” Şirkətinin milliləşdirilməsi ilə bağlı layihədən danışaraq, bunu İrəvanın “anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq cəhdi” adlandırıb.

Ağazaryan Rusiya tərəfini Ermənistan hökumətinin təxribatlarına boyun əyməməyə çağırıb. Bundan sonra parlamentin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri “Ayıb olsun, ayıb olsun” deyə qışqırmağa başlayıblar.

Seçilən
13
17
teleqraf.com

10Mənbələr