AZ

ABŞ ın Zəngəzur planı İrəvandan rəsmi cavab

ain.az, Axar.az saytına istinadən bildirir.

Cənubi Qafqazda nəqliyyat infrastrukturunun açılması Ermənistan üçün mühüm prioritet olub və belə də qalır.

Axar.az xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Azadlıq” radiosuna deyib.

ABŞ Prezidenti Administrasiyasının Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən yol məsələsinə dair İrəvan və Bakıya təklifi barədə yayılan xəbərlərə isə o belə cavab verib:

“Məlum olduğu kimi, Ermənistan “Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) regional kommunikasiya vizyonunu təklif edib və artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət rəy alıb. Üstəlik, Ermənistan bu təşəbbüs çərçivəsində bütün tərəflər üçün məqbul ola biləcək bir sıra həll yolları təklif edib. Eyni zamanda, müxtəlif beynəlxalq tərəfdaşlar da vaxtaşırı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasına dair öz ideyalarını təqdim edirlər”.

Badalyanın sözlərinə görə, regionun transsərhəd potensialını reallaşdıracaq faydalı nəticələrin əldə edilməsi məqsədilə bütün maraqlı tərəfdaşlarla müzakirələr davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
45
axar.az

10Mənbələr