AZ

FİFA dünya çempionatı oyununa belə azarkeş toplayıb

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

FİFA klublararası dünya çempionatının "Borussiya" - "Monterrey" oyununa (2:1) azarkeş cəlb etmək üçün xüsusi yola əl atıb. 

QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

FİFA sözügedən matçın biletlərini azarkeşlərə pulsuz verib. Belə ki, 1/8 final mərhələnin PSJ - "İnter Mayami" matçına ( 4 :0) bilet alan azarkeşlər eyni mərhələnin "Borussiya" - "Monterrey" oyununa 2 pulsuz bilet əldə ediblər. FİFA bu addımla hər iki görüşdə arenanı doldurmaq istəyib.

Nəticədə, arena 71 min yerlik üçün nəzərdə tutulduğu halda, "Borussiya" - "Monterrey" görüşünə cəmi 31 442 tamaşaçı qatılıb.

Qeyd edək ki, klublararası dünya çempionatında artıq 1/4 final cütləri müəyyənləşib. Yarışda “Palmeyras” (Braziliya) — “Çelsi” (İngiltərə), “Fluminense” (Braziliya) — “Əl-Hilal” (Səudiyyə Ərəbistanı),  PSJ (Fransa) — “Bavariya” (Almaniya) və “Real” (İspaniya) — “Borussiya” (Dortmund, Almaniya)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
19
qol.az

10Mənbələr