UEFA Çempionlar Liqasına hazırlaşan "Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.

Maraqlıdır ki, baş məşqçi Qurban Qurbanov Niderlandın "Tvente" komandası ilə 1 gündə ardıcıl 2 Oyun keçirməklə bağlı razılığa gəlib.

7 iyul: “Metallist-1925" (Ukrayna)

Bakı vaxtı ilə 19:30

11 iyul: “Tvente” (Niderland)

1-ci oyun Bakı vaxtı ilə 17:00

2-ci oyun Bakı vaxtı ilə 19:15

15 iyul: "Zalsburq" (Avstriya)

Bakı vaxtı ilə 20:00

Qarşılaşmaların hamısı Kaprun stadionunda baş tutacaq.

????‍♂️ Komandamız hazırlığa iyunun 18-də Bakıda start verib və iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.

#QarabağFK