Medicina saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Current Biology" jurnalında dərc edilən yeni araşdırmaya görə, pişiklər adətən sol tərəfində yatmağa üstünlük verirlər.
Medicina.az xəbər verir ki, pişiklər ən şirin ev heyvanlarından biridir. Hər hərəkəti əslində bir sirr daşıyır.
Gün ərzində pəncərələrin qarşısında, taxtların kənarında və ya düz sahibinin qucağında qıvrılıb yatan bu sevimli canlılar əslində hansı tərəfdə yatdıqları elm adamlarının diqqətindən belə yayınmayıb.
İndi isə məlum olur ki, pişiklərin sol tərəfində yatmağa meyli sadəcə təsadüfi bir seçim deyil.
Tədqiqatçılar pişiklərin yatarkən üstünlük verdiyi mövqeləri araşdıraraq maraqlı bir nəticəyə gəliblər.
Pişiklər özlərini təhlükəsiz və rahat hiss etdikdə, sol tərəfində yatmağa meyllidirlər. Bu davranış həm də ürək döyüntüsünü tənzimləməyə və daxili orqanlara təzyiqi azaltmağa kömək edə bilər.
Lakin, əgər onlar daim mövqelərini dəyişirlərsə və ya narahat görünürlərsə, bu, stress əlaməti ola bilər
Aygün
Medicina.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.