AZ

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa ikincisi olub

Bakı, 3 iyul, AZƏRTAC

İtaliyanın Kaorle şəhərində keçiriən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, millimiz 1 qızıl, 3 gümüş, 2 bürünc medalla 129 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub.

Yığmamız çempion olan Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk “3-lük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medalların əyarına görə millimiz öndə yer alıb.

Xatırladaq ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Ayxan Cavadov (60 kiloqram) qızıl, Turan Daşdəmirov (55 kiloqram), Tural Əhmədov (63 kiloqram) və Davud Məmmədov (77 kiloqram) gümüş, Fəraim Mustafayevlə (67 kiloqram) və Elmin Əliyev (82 kiloqram) isə bürünc medal qazanıblar.

Seçilən
4
13
azertag.az

10Mənbələr