AZ

Ukrayna Təhlükəsizlik Xidməti bu məşhur ermənini axtarışa verdi

Vətəninfo.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti “Mosfilm” kinostudiyasının icraçı direktoru və Rusiya Federasiyasının xalq artisti, erməni əsilli  aktyor və Dövlət Dumasının deputatı Dmitri Pevtsov,müğənni Taisiya Povaliy və Karen Şahnazarov barəsində axtarış elan edib. Onlar haqqında məlumat Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.

İş materiallarına görə, Şahnəzərov 2024-cü ilin iyulunda, Pevtsov fevralda, Povalin isə həmin ilin martında axtarışa verilib. Hər üçünə “Rusiya Federasiyasının hərəkətlərini dəstəkləmək” və digər maddələrlə ittiham irəli sürülüb.

Bundan əlavə, onlar Ukraynada milli təhlükəsizliyə təhdid hesab edilən şəxslər haqqında məlumat yerləşdirən “Mirotvorets” (Rusiya Federasiyasında ekstremist kimi tanınır) saytının məlumat bazasına əlavə edilib.

Ukrayna hakimiyyəti Povaliy və Pevtsovla bağlı da bir sıra qərarlar qəbul edib. 2024-cü ilin fevralında müğənninin əmlakı müsadirə edilib və o, dövlət mükafatlarından məhrum edilib, daha sonra işi məhkəməyə göndərilib.

2025-ci ilin fevralında Ukrayna məhkəməsi Pevtsovu əmlakı müsadirə olunmaqla qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edib. Hər ikisi Ukrayna sanksiyaları altındadır.

Seçilən
32
40
veteninfo.az

10Mənbələr