Bakı, 3 iyul, AZƏRTAC
Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) 18 yaşadək qız və oğlanlar arasında çempionatına yekun vurulub.
Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Latviyanın Cesis şəhərində təşkil olunan yarışda ev sahibi yığma ilə yanaşı, Azərbaycan, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna komandaları da mübarizə aparıb.
Yarışda ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunub. Qızlarımız qrup mərhələsində mübarizəni dayandırıb. Oğlanlardan ibarət millimiz (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) yarışı 5-ci pillədə başa vurub. Komandamız qrup mərhələsində Latviya və Estiniyaya, pley-offda Litva yığmasına qalib gəlib. 1/4 finalda isə EEVZA çempionatında ikinci olan Latviya millisinə məğlub olub.