AZ

Dəhşətli istilər BAŞLAYIR: Rekord temperatur...

ain.az bildirir, News24 portalına istinadən.

Ötən həftə Avropanı bürüyən şiddətli isti dalğası qitənin bir çox ölkəsində ciddi xəbərdarlığa səbəb olub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Portuqaliya, İspaniya, Fransa və İtaliyada havanın temperaturu 40 dərəcəni keçib.

Fransa meteorologiya agentliyi paytaxt Paris də daxil olmaqla 16 şəhərdə qırmızı, 68 şəhərdə isə narıncı təhlükə elan edildiyini açıqlayıb. Havaların isti keçməsi nəticəsində iki nəfər həyatını itirib. Ölkə üzrə bir gün ərzində 1900-ə yaxın məktəb tamamilə və ya qismən bağlanıb.

İtaliyada həddindən artıq istilər səbəbindən iki nəfər həyatını itirib. 18 şəhərdə yüksək "qırmızı həyəcan" elan edilib.

İspaniya Meteorologiya İnstitutu, Barselonada temperatur qeydlərinin başladığı 1914-cü ildən bəri ən isti iyun ayı olduğunu açıqlayıb. Orta temperaturun bu il 26 dərəcəyə çatdığı, əvvəlki ən isti iyunun isə 2003-cü ildə 25,6 dərəcə olduğu qeyd edilib.

Ayın ən yüksək temperaturu iyunun 30-da 37,9 dərəcə qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
39
news24.az

10Mənbələr