İngiltərə Rusiya ilə Azərbaycan arasında gərginliyi qızışdırmağa, Türkiyəni bu hadisələrə cəlb etməyə çalışır.
"Bakuinfo" Axar.az-a istinadən xəbər verir ki, bunu “RİA Novosti”yə türkiyəli politoloq Engin Özər deyib.
“İstanbul sülh danışıqlarının tezliklə yekun mərhələyə qədəm qoyması ehtimalına görə xarici qüvvələr münaqişəni uzatmağa çalışır. 2022-ci ildə İstanbul razılaşmalarını pozaraq bu məsələdə ciddi uğur qazanan London rəhbərliyi yəqin ki, Bakı ilə Moskva arasında gərginliyi qızışdırmaq və Türkiyəni bu prosesə cəlb etmək istəyəcək”, - o bildirib.
Qeyd edək ki, Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən iki nəfər etnik azərbaycanlının amansız qətlindən, onlarla azərbaycanlıya qarşı zorakılıq aktından sonra Bakı və Moskva arasında münasibətlər gərginləşib.