AZ

Kitabda 413 yemək və içkinin resepti ətraflı təsvir olunub

“İrəvan xanlığının mətbəxi” yalnız reseptlər toplusu deyil, həm də dərin tarixi-etnoqrafik tədqiqat əsəridir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “İrəvan xanlığının mətbəxi” kitabının təqdimatında kitabın müəlliflərindən biri, tanınmış kulinariya eksperti Tahir Əmiraslanov deyib.

Qeyd edib ki, kitabda 413 yemək və içkinin resepti, onların hazırlanma texnologiyası, istifadə olunan məhsullar və alətlər ətraflı təsvir olunub.

“Biz arxivlərdə araşdırmalar aparmışıq, yaşlı nəsillə müsahibələr etmişik. Məqsədimiz saxtalaşdırılan tarixi düzgün göstərmək və Azərbaycan mətbəxinin zənginliyini dünya ictimaiyyətinə çatdırmaqdır.”

Mina Mikayılova

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr