AZ

Assosiasiya rəhbəri: “İrəvan xanlığının mətbəxi” kitabında 413 yemək haqqında məlumat verilib

“İrəvan xanlığının mətbəxi” kitabı ingilis dilinə tərcümə olunub, indi isə rus dilinə çevrilməkdədir və yəqin ki, digər dillərə də tərcümə ediləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) sədri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatında deyib.

Onun sözlərinə görə, bu kitabda 413 yemək haqqında məlumat verilib, onların hazırlanma qaydası və tarixi qeyd olunub:

"Ermənilər hər yerdə hay-küy salırlar ki, guya biz onların abidələrini dağıtmışıq, onlara ziyan vurmuşuq. Halbuki əslində dağıdılmış və talan edilmiş abidələr bizim abidələrimizdir. Bu kitab da həmin dağıdılmış və uğurlanmış mədəni irsimizin bariz nümunəsidir. Bu kitablar tarixdə qalacaq. Onlar dağıdılmış və mənimsənilmiş maddi-mədəni irsimizin canlı sübutudur".

T.Əmiraslanov xatırladıb ki, 2022-ci ildə Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin portalında "Milli Yeməklər" portalı yaradıldı və orada 250-yə yaxın Azərbaycan yeməyi yerləşdirildi:

"Ötən il oktyabrın 31-də Paşinyan həmin mətbəx irsini Ermənistanın təhlükəsizlik strategiyasının tərkib hissəsi elan etdi. Yəni, bizim milli yeməklərimiz oğurlanmağa davam edir. Bu kitab isə bir cavabdır. Digər tərəfdən, bu kitab bizim oradakı varlığımızın sübutudur. Biz 1500-dən çox insanla görüşdük, onlardan məlumat topladıq, bütün bu bilikləri bir araya gətirib bu kitabı hazırladıq".

MƏLUMAT YENİLƏNİR

Seçilən
23
report.az

1Mənbələr