AZ

İranın hava məkanı qismən bağlandı - NƏ BAŞ VERİR?

İranda hava məkanının qismən bağlandığı bildirilib.

Turkustan.az xəbər verir ki, İranda yerləşən SNN kanalının İran Nəqliyyat Nazirliyinin sözçüsünə istinadən verdiyi xəbərə görə, İranın mərkəzi və qərb bölgələrində hava məkanı qismən bağlanıb.

Səlahiyyətlilər qərarın ən tez cümə axşamına qədər qüvvədə qalacağını bildiriblər.

İyunun 24-də ABŞ prezidenti Donald Trampın elan etdiyi atəşkəsdən sonra qarşıdurmalarda hər iki tərəfin verdiyi itkilər və zərərlər ortaya çıxmağa başlayıb.

İsrail yerli və xüsusilə beynəlxalq mətbuata qarşı sərt senzura tətbiq edərək, hərbi və təhlükəsizlik məntəqələrinə hücumlarla bağlı məlumat və görüntülərin paylaşılmasının qarşısını alıb. Bu səbəbdən İsrailin verəcəyi mümkün hərbi itkilərin sayı açıqlanmayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
50
turkustan.az

10Mənbələr