AZ

Özbəkistana ixrac 84%, idxal 3,3 dəfə artıb

Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 214,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 145,8 milyon ABŞ dolları və ya 3,1 dəfə artıb. 2024-cü ilin ilk beş ayında bu göstərici 69 milyon ABŞ dolları olub.

Həmin dövrdə Azərbaycandan Özbəkistana 19,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub, idxal isə 195,1 milyon ABŞ dolları təşkil edib. İxrac 84,1% artaraq 9 milyon ABŞ dolları, idxal isə 3,3 dəfə çoxalaraq 136,8 milyon ABŞ dolları səviyyəsində olub.

2025-ci ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracında Özbəkistan əsas ölkələrdən biri kimi seçilib. Bu dövrdə 19,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları Özbəkistana göndərilib.

Ölkələrarası ticarətdə Özbəkistanın payı ümumi ixracın 0,18%-i, idxalın isə 1,96%-i olub.

Bununla yanaşı, 2025-ci ilin ilk 5 ayında Azərbaycan xarici ölkələrlə ümumilikdə 20,966 milyard ABŞ dolları dəyərində ticarət dövriyyəsi həyata keçirib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,7% artım deməkdir. İxrac 11 milyard, idxal isə 9,965 milyard ABŞ dolları təşkil edib. İxrac 1,2% azalsa da, idxal 36,5% artaraq 1,036 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu saldo ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə azdır.

Seçilən
3
50
fins.az

10Mənbələr