AZ

“Rusiya müharibəni bitirsə, Putin rejimi məhv olacaq” - Millət vəkili

Yazını böyüt
Yazını kiçilt

Ukrayna-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri və Krım Tatar Milli Məclisi (KTMM) sədrinin müavini Ahtəm Çiygöz deyib ki, Türkiyədəki dostlarla tez-tez görüşmək, Ukraynadakı vəziyyəti müzakirə etmək, danışmaq aparmaq onlar üçün çox vacibdir.

Hafta.az-ın yazdığına görə, toplantının əsas gündəminin gələcəkdə mümkün əməkdaşlıqlar olacağını ifadə edən Çiygöz, "Bizi Ukrayna dövləti və Krım Tatar xalqı olaraq qarşıda ciddi məsələlər gözləyir. Xüsusilə Krım tatarlarının dünyada əks-səda doğuran səsi baxımından Türkiyə çox böyük rol oynaya bilər" deyib. May və iyun aylarında İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Ukrayna ilə Rusiya arasında atəşkəs danışıqlarını dəyərləndirən Ahtəm Çiygöz, "Əvvəla, bu danışıqları Türkiyədə keçirməyimiz çox doğrudur. Tələblərimiz bəllidir: Beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz təmin edilməli, Krım və digər işğal olunmuş torpaqlar işğaldan azad olunmalıdır” deyən millət vəkili bildirib ki, ultimatumlarla Kiyevələ danışmağın heç bir nəticəsi olmayacaq. Onun sözlərinə görə, Rusiya müharibəni bitirmək istəmir. Çünki əgər Putin rejimi bu gün müharibəni bitirsə, rejim də məhv olacaq. Putin və ətrafındakı generallar bunu yaxşı başa düşür və bu səbəbdən də Putin müharibəni davam etdirəcək.

Türkiyədə keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerovun başçılıq etməsinin çox vacib olduğunu qeyd edən Ahtəm Ciygöz, bu vəziyyətin Rusiya tərəfinə Krımdan imtina etmədiyinə dair açıq bir mesaj olduğunu bildirib.

"Müharibə davam edəcək. Ona görə də Türkiyənin köməyi bizim üçün vacibdir", - Çiygöz deyib.

Seçilən
8
50
hafta.az

10Mənbələr