AZ

Kriptovalyuta bazarının son göstəriciləri

İyul ayının 3-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti bahalaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:45-də “CoinMarketCap” platformasında 2.45% bahalaşaraq 109 265 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 5.94% artaraq 2587 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.66%, BNB isə 0.14% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

Seçilən
1
12
apa.az

10Mənbələr