AZ

ABŞ-də göyərtəsində 14 nəfərin olduğu təyyarə qəzaya uğradı

Çərşənbə günü ABŞ-nin Nyu-Cersi ştatının Qloster dairəsində göyərtəsində azı 14 nəfərin olduğu kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABC teleşirkətinin yerli bölməsi xəbər yayıb.

Qəza zamanı azı 5 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıblar. Zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Hadisə yerli vaxtla təxminən saat 17:30-da (Bakı vaxtı ilə saat 2:30) Vilyamstaun hava limanı yaxınlığında baş verib.

Seçilən
14
50
konkret.az

10Mənbələr