AZ

İstirahət mərkəzində sevgilisini öldürmək istəyən şəxsdən XƏBƏR VAR

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Sakit Muxtarovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Bizim.Media xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: 2023-cü il avqustun 24-də 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

Araşdırmalarla 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən “Çoban Bulaq” İstirahət Mərkəzində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Fakta görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurroluğun qərarı əsasında şübhəli şəxs qismində tutularaq.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. (Pravda.az)

Bizim.Media

Seçilən
22
2
bizim.media

3Mənbələr