AZ

Türkiyədə qəzaya düşən təyyarənin qalıqları tapıldı -

Xəbər verdiyimiz kimi, dünya turuna çıxan Mehmet Demirçinin idarə etdiyi "M20 J" tipli yüngülmühərrikli təyyarə Bayburt-Ərzurum sərhədində dağa çırpılaraq qəzaya uğrayıb.Metbuat.az xəbər verir ki, təyyarənin axtarışlarına hərbi helikopterlər və ətraf vilayətlərdən AFAD (Fövqəladə Hallar İdarəsi) qrupları cəlb olunub. Saatlarla davam edən axtarışlardan sonra təyyarənin qalıqları Rize-Bayburt sərhədində jandarma tərəfindən aşkar edilib. Qəza nəticəsində təyyarənin pilotu Mehmet Demirçi hadisə yerində həyatını itirib. Onun həyat yoldaşı, eyni zamanda sərnişin olan Hicran Kaya isə yaralı halda tapılaraq xəstəxanaya çatdırılıb.

Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
23
16
metbuat.az

10Mənbələr