AZ

Tanışını kafenin qarşısında döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı

ain.az, Pravda.az portalına istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elşad Əliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona şərti cəza verilib və məhkəmə iclası zalından dərhal həbsdən azad edilib.

İttihama görə, hadisə 07 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsinin qarşısında qeydə alınıb.

Belə ki, Elşad Əliyev onunla tikinti sahəsində fəhlə işləyən tanışı, zərərçəkmiş Rəcəb Paşalı (soyadı şərtidir) ilə yemək yeyib spirtli içki qəbul edib. Sonra o, kafedən çıxıb birlikdə özünə geyim əşyaları almaq üçün Buzovna qəsəbəsinə mağazaya gedib, orada olan zaman zərərçəkmiş şəxs tikinti sahəsindən çağırılıb. Qeyd olunan tarixdə saat 17:00 radələrində yenidən həmin “Bilgəh” kafesinə gəlib. Elşad həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində sözügedən kafenin qarşısına gələrək Rəcəbi çağırıb kafedən bayıra çıxmasına nail olub. O, zərərçəkmişin onu Buzovna qəsəbəsində mağazada tək qoymasını cüzi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən yumruq zərbələri ilə onun sifət nahiyəsindən vurub.

Hadisədən sonra Elşad Əliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
50
pravda.az

10Mənbələr