AZ

Oyunçuların hər birinə 2 milyon mükafat verildi

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Klublararası dünya çempionatının 1/8 final mərhələsində İngiltərənin "Mançester Siti" komandasına əlavə vaxtda 4:3 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçularına böyük məbləğdə pul mükafatı verilib.

Ölkə.Az xarici mətbuata istinadən xəbər verir ki, oyunçuların hər biri 2 milyon Səudiyyə rialı (təxminən 452 min avro) alıblar.

Matçdan sonra klub prezidenti Fahad bin Nafel paltardəyişmə otağına gedərək futbolçuları şəxsən təbrik edib.

Qeyd edək ki, bu qələbə sayəsində "Əl-Hilal" turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda iyulun 4-də Braziliya təmsilçisi "Fluminense" ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
50
olke.az

10Mənbələr