AZ

Nazim Sadıxov brazilyalı rəqibinin çənəsini sındırdı 

Azərbaycanlı döyüşçü Nazim Sadıxov Bakıda keçirilən UFC turnirində rəqibi Nikolas Mottanın çənəsini sındırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə braziliyalı idmançı sosial şəbəkədə hesabında məlumat verib.

Onun sözlərinə görə, döyüş zamanı onun dişləri də tökülüb.

İdmançı Las-Veqasa qayıtdıqdan sonra cərrahiyyə əməliyyatı olunub. Ona sınığın nəticələrini aradan qaldırmaq üçün titan plitələr implantasiya edilib.

Qeyd edək ki, Nazim Sadıxov ikinci raundda Mottaya texniki nokautla qalib gəlib.

Seçilən
17
50
bakivaxti.az

10Mənbələr