AZ

Aydın Saninin restoranında NARAZILIQ: “Dedilər, qonaqlar acından ölür” - VİDEO

Meyxanaçı Yaşar Qafanlının övladının məclisində problem olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Rəngarəng” verilişində məlumat verilib.

Belə ki, meyxanaçı Aydın Sani sözügedən məclisin onun restoranında keçirildiyini, lakin qonaq sayına görə narazılıq olduğunu bildirib. Onun sözlərinə görə, Yaşar 1000 nəfər qonaq gələcəyini desə də, restorana 2000 insan təşrif buyurub.

Aparıcı Zaur Nəbioğlu bildirib ki, bu səbəbdən insanlar ayaqüstə qalıb, hətta çoxu yemək yeyə bilmədən gedib:

“Mən həmin gün Mirələm Mirələmovun oğlunun toyunda idim, oradan çıxıb gəlmək istəyirdim. Zəng etdim, dedilər ki, orada yer yoxdur, hətta qonaqlar acından ölür”.


Sara, Bizim.Media

Seçilən
11
14
bizim.media

8Mənbələr