ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Nəhayət, “Barselona” sabiq futbolçularına 2020-ci ildən qalan maaş borcu ilə bağlı problemi yoluna qoyub. İspaniya klubu ödəmə prosesini tamamlayıb.“Sport.es” portalının yaydığı xəbərə görə, 16 milyon dollarlıq yekun ödəniş iyunun 30-na qədər tamamlanıb. Bu məbləğ 2020-ci ildə koronavirus pandemiyası zamanı maaşlarının müəyyən şəkildə azaldılmasına razılaşan bütün futbolçular və məşqçilər arasında bölünüb.Onların arasında Lionel Messi, Serxio Buskets, Xordi Alba, Usman Dembele və Antuan Qrizmann kimi məşhur oyunçular da var.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.