Ukrayna Rusiyanın davamlı hücumlarına qarşı müdafiəsini gücləndirmək üçün digər ölkələrdən hava hücumundan müdafiə sistemləri ala və ya icarəyə götürə bilər.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Sibiqa bildirib ki, təkcə iyun ayında Rusiya Ukraynaya 330-dan çox raket, o cümlədən 80-ə yaxın ballistik raket atıb:
“İşğalçılar dinc şəhərlərə və icmalara hücum ediblər. Düşmən həmçinin 5000-dən çox PUA və 5000 idarə olunan hava bombasından da istifadə edib.
Bu qədər çox sayda pilotsuz təyyarələr, bombalar və raketlər, xüsusən də ballistik olanlar Ukraynanın hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsinin zəruriliyini sübut edir. Bizə daha çox sistem və sursat lazımdır. Biz onları almağa və ya icarəyə verməyə də hazırıq".