AZ

Çexiyada silah-sursat anbarı yaxınlığında yanğın baş verib

CTK xəbər agentliyinin verdiyi məlumata görə, Çexiyanın şimal-qərbində Litoměřice şəhəri yaxınlığında ordunun sursat anbarı yaxınlığında yanğın baş verib .

Yanğının söndürülməsinə təyyarələrdən istifadə etməklə 12 xilasetmə briqadası cəlb olunub. Vəziyyəti torpağa basdırılmış köhnə döyüş sursatlarının alova bürünmüş ərazidə (təxminən dörd hektara) partlaması ilə çətinləşdirir. Hakimiyyət yaxınlıqdakı ərazilərin sakinlərindən meşədə gəzməkdən çəkinməyi xahiş edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr