ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Abşeron rayonunda güclü yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.
Yanğın qısa müddətdə onlarla hektar ərazini əhatə edib. Yanğın Saray və Novxanı qəsəbələrində yaşayış evlərinə yaxınlaşmaq üzrədir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür. Yanğının yaşayış məntəqəsinə keçməməsi üçün səylər göstərilir.
Samir Əli
Samir Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.