AZ

Rusiya Mərkəzi Bankı rublun taleyindən narahatdır - Bakıdan reaksiyalar...


Vüqar Bayramov: “Rusiya iqtisadiyyatının bugünkü vəziyyəti ondan xəbər verir ki, həmin ölkənin milli valyutasına qarşı təzyiqlər artacaq”

Rusiya Mərkəzi Bankı ölkənin valyutası ilə bağlı məyusedici proqnoz açıqlayıb. Hətta Rusiya Mərkəzi Bankı bununla bağlı əhaliyə də müraciət edib. Bankın rəhbəri Elvira Nabiullina Rusiya vətəndaşlarını valyuta bazarında əməliyyatlar apararkən ayıq-sayıq və ehtiyatlı olmağa çağırıb.

O vurğulayıb ki, rublun məzənnəsinin gözlənilməzliyi ruslardan balanslaşdırılmış qərarlar qəbul etməyi və maliyyə savadlarını daim təkmilləşdirməyi tələb edir.

Məlumdur ki, Rusiyanın Ukrayna ilə müharibəsi hələ də davam edir. Bununla yanaşı, ölkə daxilində xaos yaşanır, milli entik zəminində zorakılıq baş alıb gedir. Demək olar ki, Rusiyada millətlərarası müharibənin başlaması an məsələsidir. Bu vəziyyət Rusiya rublu üçün nə kimi təhdid yaradır?

“Rusiyanın apardığı şovinist siyasət adəçəkilən ölkənin iqtisadiyyatının qapanmasına səbəb olacaq, bununla da ölkəyə daxil olacaq valyutanın həcmi kəskin şəkildə azalacaq”

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar həmin ölkənin iqtisadiyyatına təsir göstərməkdədir: “Rusiyanın ixrac imkanları xeyli məhdudlaşıb, baxmayaraq, reeksport vasitəsilə bir sıra ölkələrlə bəzi məhsulları xaricə göndərməyə çalışır. Bu da ciddi şəkildə məhdudlaşıb. Bu səbəbdən də Rusiyadan çıxan valyutanın həcmi Rusiyaya daxil olan valyutanın həcmindən xeyli çoxdur. Bu da istər-istəməz valyuta bazarına təzyiqi artırır. Ümumiyyətlə, mütəmadi olaraq rubla qarşı təzyiqlərin olmasının şahidi olmuşuq. Rusiya iqtisadiyyatının bugünkü vəziyyəti ondan xəbər verir ki, həmin ölkənin milli valyutasına qarşı təzyiqlər artacaq. Rusiya valyuta bazarında stabilliyin qorunması baxımından ciddi çətinliklər formalaşır. Bu səbəbdən də qarşıdakı dövr ərzində Rusiya iqtisadiyyatı və valyutası ilə bağlı proqnozlar bədbindir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın apardığı şovinist siyasət adəçəkilən ölkənin iqtisadiyyatının qapanmasına səbəb olacaq. Bununla da ölkəyə daxil olacaq valyutanın həcmi kəskin şəkildə azalacaq”.

Günel CƏLİLOVA

Seçilən
42
baki-xeber.com

1Mənbələr